Dövlət Aparatı

dövlət hakimiyyət və dövlət idarəetmə orqanları.
Dövlət Aktı
Dövlət Bankı
OBASTAN VİKİ
Enmə aparatı
Enmə aparatı — astronomik cismin səthinə düşən və burada dayanan kosmik gəmidir.
Holci aparatı
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlar Lakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Həzm aparatı
Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı (lat. canalis degestorius) 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür: I. Ağız boşluğu — lat. cavum oris, bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər. II. Ön bağırsaq Udlaq Qida borusu Mədə III. Orta ya nazik bağırsaq Onikibarmaq bağırsaq Acı bağırsaq Qalça bağırsaq IV. Arxa ya yoğun bağırsaq Kor bağırsaq Qalxan çənbər bağırsaq Köndələn cənbər bağırsaq Enən çənbər bağırsaq S-ə bənzər çənbər bağırsaq Düz bağırsaq V. Vəzilər Dilaltı vəzi Çənəaltı vəzi Qulaqaltı vəzi Qaraciyər: Öd kisəsi; Öd Mədəaltı vəzi Ağız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən (lat. isthmus faucium) udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa (lat. intestinum tenue):onikibarmaq (lat. duodenum), acı (lat.
Kassa aparatı
Kassa aparatı (it. cassa — yeşik) — Pul, qiymətli kağızları saxlamaq üçün yeşik, sandıq. == Tarix == Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı. Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır. Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur.
Kserokopiya aparatı
1948-ci ildə Haloid şirkətində "Model A" adlı ilk kserokopiya aparatı istehsal olunmuşdur. Haloid şirkəti 1959-cu ildə tam avtomatlaşdırılmış "Xerox 914" modelinin buraxılmasından sonra adını dəyişərək Xerox Corporation ilə əvəz etmişdir. == Ədəbiyyat == R.Əliquliyev, P.Salmanova. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı, İnformasiya Texnologiyaları, 2013, 169 s.
Nitq aparatı
Nitq aparatı bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir. Mərkəzi nitq aparatı baş beyində yerləşir. Mərkəzi nitq aparatı ibarətdir: Baş beyin qabığı (daha çox sol yarımkürə) Qabıqaltı düyünlər Otürücü yollar Beyin kökünün (uzunsov beynin) nüvəsi Tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlər Nitq reflekslər əsasında inkişaf edir. Beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırışlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iştirak edir. (Brok mərkəzi). Yuxarı gicgah qırışları nitq-eşitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə işirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı nitqin başa düşülməsini təmin edir.
Qolci aparatı
Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Qolci (1898) sinir hüceyrələrində görmüşdür. Sonra onun şərəfinə Qolci kompleksi (aparatı) adlandırılmışdır. Qolci kompleksi bütün bitki və heyvan hüceyrələrində olur. Onun ölçüsü və forması müxtəlifdir. O, sinir hüeyrələrində mürəkkəb tor şəklində olur, nüvənin ətrafında yerləşir. Qolci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir. Bu da oraqvarı və ya çubuqvarı formalıdır. Bu heyvan hüceyrələrində formaca bir qədər fərqlənir. Lakin onların quruluşu bütün hüceyrələrdə eynidir. Qolci kompleksinin üç quruluş komponenti var: membranlarla hüdudlanan və qruplarla yerləşən boşluqlar boşluqlardan çıxan mürəkkəb borucuqlar borucuqların ucunda yerləşən iri və xırda qovuqcuqlar Lakin bunların hər üçü vahid orqanoidi təşkil edir.
Torpedo aparatı
Torpedo aparatı və ya Torpedo borusu üfüqi istiqamətdə torpedoları işə salmaq üçün işlədilən bir cihazdır. Torpedo borularının və ya aparatının iki əsas növü var: Sualtı gəmilərə və bəzi suüstü gəmilərə quraşdırıla bilən suyun səviyyəsindən aşağıda işləmək üçün hazırlanmış rampalar. Yalnız suüstü gəmilərdə göyərtəyə quraşdırıla bilən rampalar.
Tənəffüs aparatı
Tənəffüs aparatı (lat. apparatus respiratorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigeni alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir. Mənşəcə həzm aparatı ilə , vəzifəcə qan-damar sistemi ilə sıx əlaqədardır. Tənəffüs aparatına qırtlaq (lat. larynx), nəfəs borusu (lat. trachea) və ağciyərlər (lat. pulmones) aiddir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyun nahiyəsində yerləşir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Burun və ağız boşluqları udlaq ilə birlikdə yuxarı tənəffüs yolları adlanır.
Veber aparatı
Veber aparatı — balıqlarda mexanniki yerdəyişmə zamanı üzmə qovuğu (səs rezanatoru) divarlarının vibrasiyasını qəbul edən və daxili qulağa ötürən aparat. Veber aparatı üzmə qovuğunu daxili qulaqla əlaqələndirən , bir-birinə hərəki birləşmiş 4 cüt sümükdən ibarətdir. Veber aparatı olan balıqlar 13 -ədək, Veber aparatı olmayan olmayan balıqlar isə yalnız 2,5 -ədək tezlikli səsləri qəbul edə bilir.
Kipp aparatı
Kipp aparatı turşuların və qələvilərin məhlullarını bərk cisimlərlə reaksiya etməklə qazları almaq üçün istifadə olunan universal cihazdır.
Altıyerli TOR aparatı
Fila (enmə aparatı)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. == Eniş == "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Filay (endirilmə aparatı)

Periferik nitq aparatı
Periferik nitq aparatı 3 şöbədən ibarətdir: Nəfəs (tənəffüs) Səs Artikulyasiya. Nəfəs şöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir. Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baş verir. Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi, həm də artikulyasiya funksiyası daşıyır. Danışıq zamanı nəfəs alma və vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. Danışan zaman insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danışıq zamanı nəfəs vermədə qarın boşluğunun və qabırğalararası daxili əzələləri də iştirak edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını təmin edir. Səs şöbəsi qırtlaq və səs tellərindən ibarətdir.
Pilotsuz uçuş aparatı
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Sidik-cinsiyyət aparatı
Sidik-cinsiyyət aparatı (lat. apparatus urogenitalis) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin sidik və cinsiyyət üzvlərindən təşkil olunur. Sidik üzvləri cinsiyyət üzvləri ilə birlikdə təsvir edilir, çünki bunlar anatomik genez cəhətcə bir-biri ilə sıxı rabitədədir. Sidik üzvlərinin vəzifəsi bədəndən suyun və duzların artığını və maddələr mübadiləsindən sonra hasil olan azotlu maddələri sidik (lat. urina) halında xaric etməkdir. Sidik və cinsiyyət üzvlərinin anatomik rabitəsi onların ifrağ etdikləri maddələrin ümumi axacaq vasitəsilə xaricə çıxmasından ibarətdir. Bu rabitə ədaha əsasən kişilərə xasdır. Sidik üzvlərinin əsas hissəsini bel nahiyəsində yerləşmiş bir cüt böyrək (lat. renes) təşkil edir. Böyrəklərdə ifrağ olunan sidik sidik axarları (lat.
Ürək-ağciyər aparatı
Süni qan dövranı aparatı (SQDA)[mənbə göstərin] və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır. Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir. Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir: "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir; "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir. Avstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı. Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur.
Prezident Aparatı (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir. Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir. Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır. Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir. Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir.
Hərbi Pilotsuz Uçuş Aparatı
Hərbi Pilotsuz Uçuş Aparatı (qısaca: HPUA), Hərbi məqsədlər üçün istifadə olunan Pilotsuz Uçuş Aparatı, Hərbi PUA, Silahlı Pilotsuz Uçuş Aparatı (qısaca: SPUA), Silahlı PUA olaraq da bilinən bu Pilotsuz uçuş aparatı növü, adətən bomba, raket və/yaxud ATGM kimi təyyarə sursatlarını daşıyır və dron hücumları üçün istifadə edilirlər. Bu texnikalar adətən real vaxt rejimində insan nəzarəti altında fəaliyyət göstərirlər və müxtəlif səviyyələrdə avtonomluğa malikdirlər. Bu tip təyyarələrdə oturaq bir pilot yoxdur. Operator bu texnikanı uzaq terminaldan idarə etdiyi üçün bu texnikalarda pilot üçün lazımi avadanlıqlara ehtiyac qalmır, nəticədə pilotlu təyyarədən daha az çəki və daha kiçik ölçüyə malik olurlar. Bir çox ölkədə operativ yerli pilotsuz uçuş aparatları mövcuddur və daha bir çox pilotsuz uçuş aparatları da ya idxal olunur və yaxud da inkişaf proqramları vasitəsilə inkişaf etdirilir.
Süni qan dövranı aparatı
Süni qan dövranı aparatı (SQDA)[mənbə göstərin] və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır. Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir. Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir: "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir; "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir. Avstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı. Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur.
Topçubaşovun aparatı (film, 1946)
Filmdə görkəmli Azərbaycan cərrahı, professor, tibb elmləri doktoru Mustafa Topçubaşovun tibb elmindəki xidmətlərindən və onun cərrahiyyə əməliyyatı ilə əlaqədar yeni ixtirasından bəhs olunur.
Zərbə (Pilotsuz uçuş aparatı)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.
Soyuq burulma imitatoru aparatı
Soyuq burulma imitatoru aparatı (Cold-Cranking Simulator CCS) — rusca "Симулятор холодного проворачивания" – motor yağlarının mənfi temperaturlarda (mənfi 35 — mənfi 50C –dək) özlülüklərini təyin edir. Bu üsul soyuq şəraitdə yağların işə salınmasında özlülüklərin imitasiyası üçündür və istifadə olunan üsul- ASTM D5293 beynəlxalq standartlara uyğundur. == CCS aparatının istifadəsinin məqsədi == Dirsəkli valın aşağıtemperatur özlülüyü SAE J300 təsnifatına əsasən dörd əsas özlülük gösrəcilərindən biri olub və motor yağının özlülüyünü düzgün qiymətləndirilməsi üçün istifadə edilir. Odur ki, hazır motor yağının hansı özlülük sınfinə uyğunluğunu müəyyənləşdirmək üçün bu yağ üçün CCS göstəricisini təyin etmək lazımdır. == İş prinsipi == CCS aparatı temperaturu nəzarətdə saxlayan kamera ilə təchiz olunub.(Qlikol ilə) . Mühərriklə idarə olunan stator kameranın içində yerləşir Sınanan nümunəni sınaq kamerasına daxil edilməsi üçün vacuum nasosundan istifadə edilir. Burada nümunə tələb olunan temperatura qədər soyudulur. Mühərriyin statoru daimi cərəyanla işə salınır. Sınaq temperaturunda nümunənin içində statorun müqaviməti özlülüyə çevrilir. Bu özlülük meqaPaskal vahidi ilə (мПа) ölçülür.
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. == Dövlətin mənşəyi haqqında nəzəriyyələr == Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.